Sabah hava necə olacaq? - PROQNOZ
04 iyun 2020 13:31 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

İyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz  45-50 faiz təşkil edəcək.   

Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər  bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz  17-22 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, iyunun 5-6-da Abşeron yarımadasında  arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3214
avatar

Aygün İbrahimli

Oxşar yazılar