Sabah bu ərazilərdə güclü yağış gözlənilir - PROQNOZ
28 aprel 2020 13:32 (UTC +04:00)

Sabah bu ərazilərdə güclü yağış gözlənilir - PROQNOZ

Azərbaycanda aprelin 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12°, gündüz 15-19° isti, Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer  təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.  

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.  

Havanın temperaturu  gecə 7-12° isti, gündüz 18-22° isti, dağlarda gecə 3-7° isti, gündüz  7-12° isti olacaq. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4460
avatar

Aygün İbrahimli

Oxşar yazılar