SMS ilə icazə mexanizmi qalan ərazilər AÇIQLANDI
01 may 2020 17:53 (UTC +04:00)

SMS ilə icazə mexanizmi qalan ərazilər AÇIQLANDI

“SMS icazə sistemi narıncı zonada - Bakı, Abşeron, Gəncə və Lənkəran istisna olmaqla digər rayonlarda, yəni sarı zonada ləğv edilib”.

APA-nın məlumatına görə, bunu bü gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 İ. Məmmədov deyib ki, sarı zonada karantin rejimi ləğv edilib: “Narıncı zonada isə SMS ilə icazə mexanizmi qalır. Sadəcə dövlət orqanlarında işləyənlərin sayı artacaq. Bu da Nazirlər Kabinetinin sərəncamı ilə tənzimlənəcək”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, narıncı zonada bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur: “İstisna isə “Mall”arla bağlıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6210
avatar

Oxşar yazılar