Rusiyada tibb təhsili alanlar niyə burda işləyə bilmir? - BİZ ARTIQ...
29 aprel 2020 18:58 (UTC +04:00)

Rusiyada tibb təhsili alanlar niyə burda işləyə bilmir? - BİZ ARTIQ...

Son vaxtlar dünyada yaşanan koronavirus təhlükəsi həkimlərə ehtiyac məsələsini də gündəmə gətirib. Artıq xaricdə işləyən azərbaycanlı həkimlərin ölkəyə dəvət olunması gündəmdədir.

Qeyd edək ki, Milli Məclisin deputatı Azay Quliyev bu günlərdə Rusiyanın tibb universitetlərində baza və 2 illik ordinatura təhsili almış Azərbaycan vətəndaşlarına verilən “mütəxəssis sertifikatının” Səhiyyə Nazirliyinin tanımaması ilə bağlı məsələyə toxunub. Bununla bağlı Nazirlər Kabinetinin mövcud qərarında dəyişikliyə ehtiyac olduğunu bildirib.

Görəsən, Rusiyada tibb üzrə təhsil alanların ölkədə diplomlarının tanınması, ümumiyyətlə, qəbul olunması problemlərinin kökündə nə durur və bu məsələnin səbəbləri nələrdir?

Lent.az-a açıqlama verən professor Adil Qeybulla bir sıra məqamlara aydınlıq gətirib: "Azərbaycan Təhsil Nazirliyinin reysterində diplomları tanınan ali məktəblərin siyahısı var. Orada Rusiyanın, keçmiş sovetlər məkanın bəzi ali məktəblərinin adı var, bəziləri yoxdur. Sovet dövründə prestijli olub, məsələn, Moskva Dövlət Universiteti, Seçenov adına Tibb Universiteti və digər bu qəbildən olan nüfuzlu məktəblərin diplomları birmənalı tanınır. Tələbənin həmin ali məktəbə getdiyi, təhsil aldığı yoxlanılır. Məlumatlar doğrudursa, problem olur. Elə ali məktəblər var ki, onlar SSRİ dağılanda yaranıb. Onlara etibarlılıq məsələsi var. Ona görə də həmin ali məktəblərin diplomlarının tanınması sual altındadır. Akreditasiya və Nostrafikasiya İdarəsi həmin sənədləri araşdırır. Əgər ali məktəb həmin reyesterdə varsa, tələbənin orda dərsə getməsindən başlamaqla diplom almasına qədər bütün mərhələlər yoxlanır və diplomun tanınması təmin olunur. Mən bu sistemin əvvəlkindən daha şəffaf olduğunu hesab edirəm. Sənədlər ancaq elektron yolla qəbul olunur. Prosesə nazirlik səviyyəsində nəzarət edilir".

Həkim bildirib ki, elə adamlar var heç tanınmayan, etibarlılığı az olan bir məktəbə gedib: "Bəlkə tələbə heç o ölkəyə getməyib. Belə diplomlar necə tanına bilər? Söhbət həkimlikdən, baza tibb təhsilindən gedirsə, biz artıq rezidenturaya keçmişik. Rezidentura Qərb təhsili sistemidir və bu, baza tibb  təhsilindən sonra tibb təhsilinin ən yüksək mərhələsi sayılır. Bu müddətdə artıq Rusiya ilə Azərbaycanın tibb təhsilinin strukturunda fərqlər yaranıb. Ona görə də ordakı ordinatura burda iş üçün əsas sayılmır. İnternatura,  subernatura diplomları artıq tanınmır. Çünki dediyim kimi, biz qərb təbabətinin sisteminə keçmişik. O baxımdan da ola bilsin ki, həmin diplomlar tanınmasın.  Baza tibb təhsili alan şəxslər mütləq rezidentura keçməlidirlər". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5540
avatar

Aygün İbrahimli

Oxşar yazılar