Qubada yanğın törədən şəxs saxlanılıb
27 mart 2020 09:56 (UTC +04:00)

Qubada yanğın törədən şəxs saxlanılıb

Mart ayının 26-da Quba Rayon Polis Şöbəsinə rayonun Rustov kəndi yaxınlığında yerləşən ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıb və yanğının qarşısının alınmasında iştirak ediblər.

Əsasən fiziki qüvvə ilə yanğının qarşısı vaxtında alınıb və alovun miqyasının böyüməməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin ərazidə ehtiyatsızlıqdan quru ot və kolların yanmasına səbəb olan rayonun Qamqam kənd sakini V. Məhsimov saxlanılıb.

Dindirilmə zamanı o, yanğının ehtiyatsızlıq nəticəsində baş verdiyini etiraf edib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288
avatar

Aygün İbrahimli

Oxşar yazılar