Qəbul imtahanı üçün tələb olunan BƏYANNAMƏ  NƏDİR? - DİM-dən CAVAB
01 iyun 2020 13:45 (UTC +04:00)

Qəbul imtahanı üçün tələb olunan BƏYANNAMƏ NƏDİR? - DİM-dən CAVAB

Son 15 gündə ailə üzvlərində koronavirus aşkarlanan şəxslər buraxılış və qəbul imtahanlarında iştirak edə bilməyəcəklər .

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə belə deyib.

Onun sözlərinə görə, ətraf insanların sağlamlığı nəzərə alınmalıdır: “Təkcə imtahan verənlərin istəyini nəzərə almamalıyıq, burada vətəndaş həmrəyliyi olmalıdır, ətrafda olanlar üçün təhlükə yaratmamalıdır. Əvvəllər də belə hallar olub ki, suçiçəyi, sarılıq, qızılca olan şəxslər imtahana gəlməyə cəhd ediblər, amma onları imtahana buraxmamışıq. Çünki ən əsası insanların sağlamlığıdır və onu qorumalıyıq”

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Lent.az-a açıqlamasında bildirib ki, hər bir şəxs imtahana gələndə şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini və imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni gətirməlidir: “İmtahan iştirakçıları tibbi maska taxmalıdırlar və imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni də çap edib özləri ilə gətirməlidirlər. “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamə DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və imzalanır ki, onda və onun yaxınlarında heç bir xəstəlik yoxdur. Buna görə imza atan şəxs məsuliyyət daşıyır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11263
avatar

Aygün İbrahimli

Oxşar yazılar