Son araşdırmalara görə koronovirusa gözdən də yoluxmaq olurmuş.
Lent. az “Hürriyət”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Oftalmologiya Dərnəyi açıqlama verib. Xüsusən qadınlar gözlə ehtiyatlı davransınlar.
Mütəxəssislər bu aralar gözətrafı makiyajdan imtina etməyi məsləhət bilirlər.
“Əlimizlə göz və üz təmasını minimuma endirməliyik. Xüsusilə, qadınların gözətrafı makiyajları bu dövrdə risklidir”.
Açıqlamada bildirilir ki, COVID-19 epidemiyasında gözlər ən vacib yoluxma mənbələrindən biridir. Bu səbəbdən görmə orqanının gigiyenasına xüsusi diqqət edilməlidir.
Qurum həmçinin makiyaj vasitələrinin ortaq istifadəsindən çəkinməyi zəruri hesab etdiyini vurğulayıb:
“Kosmetikadan şərikli istifadə istənilən halda yolverilməz və risklidir. Əgər gözlərinizdə linzadan istifadə edirsinizsə, ona toxunmazdan əvvəl mütləq əllərinizi yuyun”.