Prezidentə məktublar gəlməkdə davam edir: “Bu, dünyanın ən inkişaf etmiş ölkələri üçün nümunədir”
26 aprel 2020 19:04 (UTC +04:00)

Prezidentə məktublar gəlməkdə davam edir: “Bu, dünyanın ən inkişaf etmiş ölkələri üçün nümunədir”

Azərbaycan Prezidenti İlham Əliyevə koronavirus pandemiyasıyla mübarizə ilə əlaqədar minnətdarlıq məktubları gəlməkdə davam edir.

Lent.az-ın məlumatına görə, əhalinin müxtəlif təbəqələrinin nümayəndələri dövlət başçısına bu istiqamətdə həyata keçirilən işlərlə bağlı təşəkkürlərini çatdırırlar.

Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirənlərdən biri də Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanovdur. Y. Zamanov məktubunda qeyd edib ki, koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün dövlət başçısının rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən operativ və qabaqlayıcı tədbirlər nəticəsində bu xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında uğurlu nəticələrə nail olunub ki, bu da dünyanın ən inkişaf etmiş ölkələri üçün nümunədir:  

“Bu xəstəliyin yayılması ilə əlaqədar bütün ölkələrin, o cümlədən dövlətimizin də maliyyə itkilərinə məruz qalmasına baxmayaraq, hər zaman olduğu kimi, bu ağır günlərdə də Sizin Azərbaycan vətəndaşına, Azərbaycan sahibkarlarına göstərdiyiniz diqqət və qayğı bir daha təsdiqlədi ki, ümummilli liderimiz Heydər Əliyev dühasının layiqli davamçısı olaraq əsas məramınız yalnız Azərbaycan dövlətinin və onun vətəndaşının mənafeyidir.

Bütün bunlara görə Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri, həmçinin bütün bərdəlilər adından Sizə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Möhtərəm Prezidentimiz, Sizə inamımız böyük və sonsuzdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1640
avatar

Oxşar yazılar