Təhsil Nazirliyi peşə təhsili üzrə teledərslərin aprelin 10-na olan cədvəlini açıqlayıb.
Lent.az xəbər verir ki, cədvəldə sabah saat 16:30-da İKT və proqramlaşdırma ixtisası üzrə "Dəyişənlər"; saat 16:46-da isə Geyim və dizayner ixtisası üzrə "Uşaq donun hazırlanması" mövzusunda dərslər keçiriləcək.