Oktyabr ayı üzrə müddətli əlavələr ödənildi - RƏSMİ
24 noyabr 2020 14:06 (UTC +04:00)

Oktyabr ayı üzrə müddətli əlavələr ödənildi - RƏSMİ

0

Səhiyyə Nazirliyi koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr ayı üzrə müddətli əlavələri ödəyib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən oktyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1346 tibb işçisinə 1,07 mln manat məbləğində müddətli əlavə ödənilmib.

Bu işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1110

Oxşar yazılar