Nazirlikdən "qul bazarı" ilə bağlı yazılanlara CAVAB
27 fevral 2020 12:59 (UTC +04:00)

Nazirlikdən "qul bazarı" ilə bağlı yazılanlara CAVAB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Bakının Maştağa qəsəbəsindəki ərazidə gündəlik qazanc müqabilində işçi xidmətləri təklif edən qadınların hər biri ilə daimi işlərlə təmin edilmələrinə köməklik üçün söhbət aparıb.

Lent.az xəbər verir ki, bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. Onun sözlərinə görə, həmin qadınlar işsiz qalacaqları təqdirdə sosial yardım almaq üçün müraciət edə bilərlər:

“Onlara istər ödənişli ictimai işlər proqramı əsasında, istərsə müxtəlif müəssisələrdə vakant iş yerlərində göndəriş əsasında işləmək təklif olundu. Çalışacaqları iş yerlərində əmək haqları, digər ailə gəlirləri ailə ehtiyaclarına yetərli olmayacağı təqdirdə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət də edə bilərlər”.

Qadınların yüksək maaşlı iş istədiklərini deyən Fazil Talıbov, onların özünüməşğulluq proqramına cəlb olunmaları üçün işlərin davam etdirildiyini bildirib:

“Müxtəlif KİV-ə danışarkən daimi iş tapmaqda çətinlik çəkdikləri üçün məcbur qalıb günəmuzd işlərə getdiklərini, bu işlərlə çox az qazanc əldə etdiklərini, hətta bəzi günlər heç bir gəlirləri olmadığını bildirsələr də, xanımlar bizə yalnız aylıq 600-1000 manat maaş müqabilində işləyə biləcəkləri şərtini ifadə ediblər.

Hazırda onların münasib işlərlə təmin edilmələri, bir qisminin yaşadıqları ərazi üzrə özünüməşğulluq proqramına cəlb olunmaları üçün işlər davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1388
avatar

Mehman Nəbiyev

Oxşar yazılar