Nazirlik rəsmisi: "İİV infeksiyasının qarşısını almaq üçün ..."
01 dekabr 2020 10:55 (UTC +04:00)

Nazirlik rəsmisi: "İİV infeksiyasının qarşısını almaq üçün ..."

0

"İİV infeksiyasının yayılmasının qarşısını almaq üçün profilaktikanın təsirli bir vasitəsi əhalini xəstəliyin özü, yoluxma yolları və qarşısının alınması üsulları haqqında geniş məlumatlandırmaqdır".

Lent.az məlumat verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova bildirib. O qeyd edib ki, eyni zamanda vətəndaşları İİV testindən keçməyə sövq etmək də olduqca vacibdir:

"Son onilliklər ərzində davamlı profilaktik tədbirlərin həyata keçirilməsi ölkəmizin əhalisinin testlərdən keçirilmə əhatəsinin daha da genişləndirilməsini təmin edib. COVID-19 pandemiyasına baxmayaraq, İİV testi ilə əhatə nisbəti azalmayıb. Belə ki, bu ilin 10 ayı ərzində 75.499 İİV testi aparılıb. 2020-ci ildə Avropa İİV Test Həftəsi çərçivəsində Azərbaycanda, ənənəvi olaraq, bahar və payız HİV test kampaniyası keçirilib (European HIV Testing Week).

Qeyd etmək istərdim ki, “HIV in Europe” beynəlxalq təşkilatının bu təşəbbüsü çərçivəsində AR Səhiyyə Nazirliyi 2013-cü ildən etibarən test kampaniyaları həyata keçirir. Bu müddət ərzində ölkə daxilində on minlərlə vətəndaş pulsuz testlərdən keçib, vəziyyətlərindən xəbərdar olub, İİV-infeksiyasının ötürülməsi, qarşısının alınması və müalicəsi yolları haqqında məlumat alıb".

Esmira Alməmmədovanın sözlərinə görə, Səhiyyə Nazirliyinin və dövlətin həyata keçirdiyi tədbirlərin effektivliyinin başqa bir real nəticəsi İİV xəstələrinin 74,7 faizinin dispanser nəzarətində olması və ÜST tərəfindən tövsiyə olunan müasir sxemlərə əsasən lazımi müalicənin alınmasıdır:

"COVID-19 pandemiyası dövründə Azərbaycanın Səhiyyə Nazirliyinin səyləri ilə antiretovirus terapiyasının təmin edilməsi sabit qalıb. Bütün dərmanlar UNDP vasitəsi ilə alınıb və ölkəyə çatdırılıb. Həmçinin, İİV / QİÇS-lə Mübarizə üzrə Milli Proqramın prioritetlərindən birinin İİV-lə yaşayan insanlarda opportunistik və yanaşı gedən infeksiyaların müalicəsi olur.

AR Səhiyyə Nazirliyi ÜST tərəfindən "C" virus hepatitinin müalicəsi üçün tövsiyə olunan müasir pangenotipik dərmanları alıb. Bu cari ilin 11 ayı ərzində İİV-pozitivli və "C" virus hepatit ilə birgə infeksiyalı 1 034 nəfər pasientin müalicəsini həyata keçirmək üçün imkan yaradıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1806

Oxşar yazılar