Nazirlik psixoloji dəstəklə bağlı daxil olan zənglərin sayını AÇIQLADI
13 aprel 2020 11:45 (UTC +04:00)

Nazirlik psixoloji dəstəklə bağlı daxil olan zənglərin sayını AÇIQLADI

Təhsil Nazirliyinin 146-3 "Qaynar xətt" xidmətinə psixoloji dəstəklə bağlı daxil olan zənglərin sayı açıqlanıb.


Nazirlikdən Lent.az-abildirilib ki, aprelin 6-dan 10-na kimi 146-3 "Qaynar xətt" xidmətinə ümumilikdə 250 zəng daxil olub. 
Müraciətlərin mövzusu əsasən karantin dövründə yaşlı insanlarda yoluxma riskinin artması ilə əlaqədar təşviş, yeniyetmə və tələbələrin vərdiş etdikləri gündəlik həyat şəraitindən izolyasiyası, məktəb və universitetlərdə dərslərin başlaması ilə bağlı depressiv vəziyyət, kiçik yaşlı məktəblilərdə yığılmış enerjini israf edə bilmədikləri üçün müşahidə olunan aqressiv davranışlar və abituriyentlərin qəbul imtahanlarının olub-olmaması ilə bağlı yaşadığı həyəcanla əlaqəli olub. 

Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 881
avatar

Aygün İbrahimli

Oxşar yazılar