Market səbətləri bizi virusa yoluxdura bilər? - ARAŞDIRMA
03 aprel 2020 12:31 (UTC +04:00)

Market səbətləri bizi virusa yoluxdura bilər? - ARAŞDIRMA

“Yeni İngiltərə Tibb” dərgisi koronavirusa paketlər vasitəsilə yoluxma barədə araşdırma aparıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırma zamanı karqo paketini alarkən, marketdə məhsullara toxunarkən və ya yemək sifarişini alarkən virusun insana asanlıqla yoluxa bilməyəcəyi müəyyən edilib.

Virusa yalnız paketi verən şəxsin də koronavirusa yoluxduğu təqdirdə yoluxma ehtimalı olar. Paketin təhvil aldığınız şəxs burnunu silib əllərini yumadan ona toxunsa da, müştəri həmin paketi alana qədər viruslar tamamilə azalır. Belə yoluxmanın ən ciddi variantı virusu daşıyan şəxsin paketə toxunması, evinizə gətirməsi və ya üzərinə asqırması ola bilər. Bu zaman da virusa yoluxma ehtimalı çox azdır.

Araşdırma nəticəsində bu qənaətə gəlinib ki, virus daşıyıcısı olan şəxsin paketə toxunması ilə sizin onu təhvil aldığınız vaxt çox qısa müddət təşkil edir. Yalnız virus olan hissəyə toxunub dərhal ağzınıza və ya üzünüzə toxunduğunuz zaman koronavirusa yoluxma ehtimalı var. Xəstəliyə yoluxmamaq üçün isə paketi bir neçə saat həyətdə açıq havada saxlayın. Toxunduqdan sonra əllərinizi yuyun, paketi də dezinfeksiya edin.

Marketdən isə yalnız ehtiyacınız olduğu zaman insanlarla 2 metr məsafə saxlayaraq alış-veriş edin. Aldığınız malları səbətə qoyun. Əllərinizi üzünüzdən uzaq tutun. Evə gələn kimi də dərhal əllərinizi yuyun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1194
avatar

Mehman Nəbiyev

Oxşar yazılar