Çin hakimiyyəti özünü effektli tərəfdən göstərən ölümcül koronavirusa qarşı vaksin yaradıldığını açıqlayıb.
Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bu haqda Çinin Rusiyadakı səfiri Çjan Hanhuey məlumat verib.
Diplomatın sözlərinə görə, yeni dərman yaxşı nəticə versə də, onu hələ yoxlamaq və yenidən təkmilləşdirmək lazımdır. O eyni zamanda deyib ki, on illərlə malyariyaya qarşı istifadə edilən xloroxin fosfat koronavirusla mübarizədə effektli olduğunu göstərib.
Koronavirus epidemiyası Çİndə 2019-cu ilin sonunda başlayıb. Fevralın 24-nə olan vəziyyətə görə virusa yoluxanların 2592 nəfəri həyatını itirib.