Yeni növ koronavirus COVID-19-u çinli alimlər Uhandakı laboratoriyada yaradıblar.
Lent.az bildirir ki, bu barədə Fox News telakanalı adı çəkilməyən mənbəyə istinadla məlumat yayıb.
Dəfələrlə sübut edilməyə cəhd olunub ki, virus guya yarasadan bir insana ötürülüb, daha sonra Uhandakı əhaliyə keçib. Hətta iddia edilirdi ki, virusun mənşəyi Uhandakı bazardır və Çin bununla da diqqəti laboratoriyadan yayındırmağa çalışıb. Halbuki əvvəllər həmin bazarda yarasa satılmayıb.
Məlumatda sonda qeyd edilir ki, COVID-19-la bağlı vəziyyət “bütün zamanların ən bahalı hökumət gizlini” ola bilər.
Son məlumata görə, dünyada 2 milyondan artıq insan koronavirusa yoluxub, 134 mindən çox ölən var.