Koronavirusla mübarizə də Qələbəyə, Orduya dəstəkdir - TƏBİB
16 oktyabr 2020 11:22 (UTC +04:00)

Koronavirusla mübarizə də Qələbəyə, Orduya dəstəkdir - TƏBİB

“28 sentyabrdan başlayaraq TƏBİB-in xüsusi işçi qrupları daim cəbhə bölgəsindədir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, bütün xəstəxanalarda həm Bakıdan ezam olunan, həm də könüllü gedən həkimlər, tibb işçiləri var : “Ən qaynar bölgələrdə TƏBİB-in işçi qrupları var, hərbçilərin təxliyəsi və müalicəsinə köməklik edirlər. Bu vəziyyətdə koronavirus xəstələrinin artması tibb işçiləri üçün ikinci cəbhənin açılması deməkdir”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu gün ölkədə kifayət qədər süni tənəffüs aparatları, dərman ehtiyatları var: “Ancaq insan resurslarından söhbət gedirsə, tibb işçiləri xüsusən cəbhə bölgəsində işləmək istəyir. Biz heç bir halda koronavirus xəstələrini köməksiz qoya bilmərik. Bu xəstələr də lazımi tibbi yardım alacaqlar. Bu xəstəliklə mübarizə də bu gün Qələbəyə, Orduya dəstəkdir. Bu gün hər hansı tibb işçisinin yoluxması onun 14 gün işləməməsi deməkdir. Biz bu gün kütləvi tədbirlərdən uzaq durmalı, kütləvi tədbirlərdə iştirak edən zaman maskadan istifadə etməli, məsafəni saxlamalıyıq. Özümüzü qorusaq,  tibb işçilərinin də işi artmaz. Bu şəkildə Qələbəmizə dəstək olaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640
avatar

Oxşar yazılar