"Koronaviruslu xəstələrin virus ifraz etməsi inkubasiya dövrünün son günlərindən başlayaraq baş verir".
Bunu Lent.az-a baş infeksionist Cəlal İsayev deyib: "Xəstəliyin hardasa son 3-4 gün müddətində xəstə koronavirusları ifraz etməyə başlayır. Xəstəliyin qızğın dövründə ən maksimal həddə çatır. Xəstələrin sağaldıqdan sonra 30-35 gün müddətində belə virus ifraz etməsi mümkündür. Yəni bu, xəstələrin təhlükəlilik dövrdür. Onlar virusu ətrafa yayıb digər insanları da yoluxdura bilər. Ona görə də xəstəlikdən sağalan və xəstə biri ilə təmasda olan insanların təcrid olunması və 24 saat ərzində koronavirusa görə testdən keçirilməsi vacibdir".
Həkim vurğulayıb ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün evdə qalmaq ən önəmli tədbirlərdən biridir: "Hava-damcı ilə yayılma xəstəliyin epidemiya halına keçməsinə səbəb ola bilir. Karantin tədbirləri də bunun qarşısını almağa xidmət edir".