Koronavirusla bağlı Şəkidə maarifləndirmə işləri aparılır - FOTO
28 mart 2020 14:14 (UTC +04:00)

Koronavirusla bağlı Şəkidə maarifləndirmə işləri aparılır - FOTO


Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində maarifləndirmə tədbirləri davam etdirilir.

Lent.az xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin əməkdalarından, Şəki bələdiyyəsinin üzvlərindən və məhəllə nümayəndələrindən, başçının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşlarından və kənd bələdiyyələrinin üzvlərindən ibarət 19-u şəhər, 33-ü kəndlərdə olmaqla 52 qrup yaradılıb.

Qrup üzvləri Şəki şəhərinin küçə və prospektlərində, məhəllələrdə, kənd ərazilərində sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparmış, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən verilən göstəriş və tövsiyələr barədə onları məlumatlandırmış və müvafiq izahatlar veriblər. Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşları avtomobillə şəhərin müxtəlif ərazilərində hərəkət edərək səsgücləndirici vasitəsi ilə insanları maarifləndirib, karantin rejiminin tələblərinə riayət etməyə, çölə çıxmamağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813
avatar

Oxşar yazılar