Koronavirusdan sağalan insanlar xilas mənbəyi ola bilər – YENİ TƏKLİF
18 mart 2020 19:11 (UTC +04:00)

Koronavirusdan sağalan insanlar xilas mənbəyi ola bilər – YENİ TƏKLİF

ABŞ tədqiqatçıları COVID-19-a qarşı anticismlərin yaşlı insanlar və həkimlər də daxil olmaqla, əhalinin virusa qarşı ən zəif təbəqələri üçün müdafiəni təmin edə biləcəyinə əmindirlər. Bu müvəqqəti addım vaksin hazır olanadək vəziyyəti nəzarətə almağa imkan verəcək.

Lent.az AMEA-nın saytına istinadən xəbər verir ki, son qiymətləndirmələrə görə, bu virusa qarşı vaksinin ən tez bir ilə hazırlanması gözlənilir.

ABŞ-ın Cons Hopkins Universitetinin mütəxəssisləri koronavirusla mübarizə üçün ona artıq yoluxmuş və sağalmış insanların qanının zərdabından anticismləri istifadə etməyi təklif edirlər. Bu terapiya XIX əsrin sonunda qızılca, poliomielit və qripin müalicəsi metodu kimi kifayət qədər müvəffəqiyyətlə tətbiq edilirdi.

Anticismləri risk qrupunda olan insanlara yeritməklə virusdan müdafiəni təmin etmək mümkün olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2662
avatar

Aygün İbrahimli

Oxşar yazılar