"Koronavirusun müalicəsi, davranış qaydalarına dair bütün məlumatlarla bağlı TƏBİB-in İşçi qrupu tərəfindən broşur kitab hazırlanıb. Orada dəfn prosedurlarına dair müddəalar yer alır".
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, beynəlxalq təcrübəyə əsasən yenilənmə olarsa, nəşrə əlavələr olunacaq. "Broşur yenilənir. Sabahdan etibarən bütün tibb müəssisələrinə göndəriləcək".