Çin hakimiyyəti SARS-CoV-2 koronavirusu üçün 3 peyvəndin klinik sınaqlarını təsdiqləyib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunu Çinin elm və texnika nazirliyinin elmi-texniki inkişaf departamentinin rəhbəri U Yuanbinya açıqlayıb.
Onun sözlərinə görə, ilk növbədə akademik Çen Veyanın komsandasının hazırladığı adenoviral vektoruna əsaslanan dərmanı təsdiqlənib.
“Ötən həftə elm adamları testlərin ikinci mərhələsi üçün könüllüləri cəlb etməyə başlayıblar. Bu dünyada koronavirusa qarşı ilk peyvəndir”, - Yuanbinya deyib.
Bundan əlavə, Çinin elmlər akademiyası və Uhan biopreparat institutu (“Sinopharm Group”un heyətinə daxildir) yanında Uhan virusologiya institutu komandasının da peyvəndinin klinik sınaqları təsdiqlənib.
Üçüncü təsdiqlənən peyvəndi isə Pekinin Sinovac Research & Development Co şirkəti hazırlayıb.