Koronavirus su ilə yayıla bilərmi? - AÇIQLAMA
24 aprel 2020 09:25 (UTC +04:00)

Koronavirus su ilə yayıla bilərmi? - AÇIQLAMA

Virus mənşəli xəstəliklər su vasitəsilə yayıla bilərmi?
Lent.az xəbər verir ki,  Mikrobiologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov ATV kanalına verdiyi açıqlamada virus mənşəli xəstəliklərin su vasitəsilə yayılması məsələsinə münasibət bildirib.
Yoluxucu xəstəliklərin su ilə yayılması ehtimalının mövcud olduğunu deyən mikrobioloq alim koronavirus infeksiyasının da su vasitəsilə yayılma təhlükəsinin olduğunu vurğulayıb. O bildirib ki, quraşdırılan su təmizləyici sistemlər bu virusun filtrdən keçməsinin qarşısını ala bilər: “Su təmizləyən  texnologiyalardan istifadə zamanı lazımi tədbirlərə əməl olunarsa təhlükə ehtimalı aşağıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2021
avatar

Aygün İbrahimli

Oxşar yazılar