Koronavirus səbəbindən nə qədər ölkə kasıblaşacaq? - AÇIQLAMA
21 aprel 2020 18:17 (UTC +04:00)

Koronavirus səbəbindən nə qədər ölkə kasıblaşacaq? - AÇIQLAMA

Koronavirusa görə 170 ölkənin əhalisi daha kasıb olacaq.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu bağlı Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Qeorqieva açıqlayıb. 

“Bu il 170 ölkədə adambaşına düşən gəlir azalacaq. Biz bir neçə ay əvvəl isə 160 ölkədə adambaşına düşən gəlirin artacağını proqnozlaşdırırdıq”, - Qeorqieva vurğulayıb.  

Fond rəhbərinin sözlərinə görə, dünyadakı pandemiyanın mənfi iqtisadi nəticələrini aradan qaldırmaq üçün ayrı-ayrı ölkələrin hökumətlərindən ayrılan vəsait artıq 8 trilyon dollardır.

Qeorqieva xəbər verib ki, bir trilyon dollar həcmində kredit potensialı olan BVF artıq fonda edilən xahişlərə görə 103 ölkədən 29-u üçün fövqəladə maliyyəni təsdiqləyib. 

BVF-nin idarəedici direktoru qeyd edib ki, təşkilat həmçinin kasıb dövlətlərin 12 milyard dollarlıq borc yığımını təxirə salıb. 

O eyni zamanda inkişaf etmiş ölkələr üçün də iqtisadi təhlükə narahatlığını bəyan edib. Onun sözlərinə görə, həmin ölkələr 100 milyard dollara yaxın zərərə düşüblər.  
Georgieva xammal satışından çox asılı olan ölkələrin ixrac qiymətlərinin düşməsi səbəbindən artıq itki verdiyini də söyləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2456
avatar

Oxşar yazılar