Koronavirus ana bətnindəki uşağa da keçir? - Həkimdən AÇIQLAMA
18 mart 2020 19:38 (UTC +04:00)

Koronavirus ana bətnindəki uşağa da keçir? - Həkimdən AÇIQLAMA

Sürətlə yayılan koronavirus hamilə qadınların da qorxulu yuxusuna çevrilib.

Lent.az Türkiyə mediasına istinadən bildirir ki, professor Erkan virusa yoluxan hamilə qadınlarda xəstəliyin körpəyə keçib-keçməyəcəyi barədə açıqlama verib. Onun sözlərinə görə, bətnində uşaq olan qadınlarda da koronavirusun əlamətləri digər insanlarda olduğu kimidir:

“İngilis Kraliyyət Doğum Dərnəyinin verdiyi açıqlamada, hamilə qadından xəstəliyin körpəyə keçməsi halına rast gəlinməyib. Xüsusilə, xəstəliyin sıx görüldüyü Çində doğuşdan sonra körpənin içərisində olduğu amniotik mayedə, kord qanında, yeni doğulan körpənin boğazından alınan köpük nümunələrində v ana südündə virus izləri aşkar edilməyib. Məhz buna görə də virusun ananın qarnındakı uşağa keçmədiyi qəbul edilib. Bütün bunlara baxmayaraq, hamilə olduğu təqdirdə koronavirusa yoluxan qadınlar təcili olaraq karantinə alınmalı və lazımi tədbirlər görülməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1442
avatar

Oxşar yazılar