Komitə jurnalistlər üçün müsabiqə keçirir
15 aprel 2020 12:44 (UTC +04:00)

Komitə jurnalistlər üçün müsabiqə keçirir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bütün dünyada yayılan koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı dövlətin apardığı mübarizə tədbirlərinə qoşularaq öz fəaliyyət istiqamətində müxtəlif tədbirlər, müsabiqələr, kampaniyalar həyata keçirir.

Bu barədə komitədən Lent.az-a verilən məlumatda bildirilir: "Bu gün ölkəmizdə pandemiya ilə bağlı müxtəlif istiqamətlərdə mübarizə aparılmaqdadır. Bu mübarizə bütün dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan, o cümlədən bütün insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir.

Lakin ən vacib və ən mürəkkəb vəzifə ilk növbədə tibb işcilərinin, polis və fövqəladə hallar orqanlarında çətin və məsuliyyətli xidmət kecən cəsur və əzmkar insanların üzərinə düşür.

Bu gün həkimlərimiz bu qlobal təhlükə ilə mübarizənin ön cəbhəsində öz həyatlarını riskə ataraq şəfqət, humanizm və mərhəmət prinsiplərini rəhbər tutur, ən qiymətli sərvət olan insan həyatının xilas olunması ücün yorulmadan calışırlar.

Onlar eyni zamanda pandemiyanın daha geniş miqyasda yayılmaması məqsədilə mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə əhalini sağlam həyat tərzi kecirməyə cağırır, virusla mübarizə çərcivəsində gözlənilməsi vacib olan sanitar gigiyenik qaydalar haqqında əhalini məlumatlandırırlar.

Pandemiya ilə mübarizə tədbirlərində polis və fövqəladə hallar orqanları işçilərinin əhalinin təhlükəsizliyinin və ictimai asayişin qorunmasındakı rolu əvəzsizdir.

Onlar hazırki karantin rejimində gecəsini gündüzə qataraq xalqımıza əzmlə xidmət göstərirlər.

Eyni zamanda hazırda iş yerlərinin müvəqqəti bağlanması ilə əlaqədar olaraq çətin vəziyyətə düşən insanlara yardımını, maddi və mənəvi dəstəyini əsirgəməyənlərin, cəmiyyətimizin ən müxtəlif təbəqələrinin nümayəndələrinin, sadə vətəndaşların səylərini və zəhmətini isə xüsusilə qeyd etmək lazımdır.

Onlar görünməz təhlükə ilə mübarizə aparan “Görünməyən Qəhrəmanlar”dır".

Məlumatda göstərilir ki, məhz buna görə Komitə 2020-ci ilin aprel-may ayında  “Görünməyən Qəhrəmanlar” mövzusunda jurnalistlər və yazarlar arasında "Ən yaxşı yazı "müsabiqəsini elan edir.

Müsabiqədə iştirak etmək istəyənlər öz yazılarını [email protected] e-ünvanına göndərməlidirlər.

Təqdim olunan məqalələr 3 A4 səhifədən çox olmayaraq Arial12 şriftində olmalıdır.

Müsabiqə aprelin 15-dən mayın 15-dək keçiriləcək.

Məqalələr azərbaycan və rus dillərində təqdim oluna bilər.

Təqdim olunan məqalələri Münsiflər Heyəti yoxlayaraq qiymətləndiricək.

Müsabiqədə ilk 3 yerin qalibləri (1-ci, 2-ci, 3-cü yerlər) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılacaq.

Müsabiqənin yekunlarına həsr olunmuş tədbirin keçirilmə vaxtı pandemiya ilə bağlı tətbiq olunan karantin rejiminin qaydalarından asılı olaraq müsabiqə iştirakçılarına və ictimaiyyətə açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1558
avatar

Aygün İbrahimli

Oxşar yazılar