“Paytaxt ərazisində həftə sonu keçirilən kənd təsərrüfatı məhsulları yarmarkalarının vaxtının dəyişdirilməsi ilə bağlı hələ ki, heç bir qərar verilməyib”.
Bunu Lent.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Mayis Musayev deyib. O bildirib ki, növbəti günlərdə bu barədə qərar verilə bilər: “Hazırda həftə sonu keçirilən yarmarakaların vaxtının həftə içinə dəyişdirilməsi ilə bağlı qərar qəbul edilməyib. Ola bilər ki, gələcək günlərdə bununla bağlı qərar verilsin”.
Qeyd dək ki, Bakı şəhərində şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilir.
Ötən həftəsonu paytaxtda tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar yarmarkalar da təxirə salınıb.