Kəmaləddin Heydərov və Elçin Quliyev Rusiyadan gələrək karantinə cəlb olun­muş vətəndaşlarla görüşüblər - FOTO
29 mart 2020 16:25 (UTC +04:00)

Kəmaləddin Heydərov və Elçin Quliyev Rusiyadan gələrək karantinə cəlb olun­muş vətəndaşlarla görüşüblər - FOTO

29 mart tarixində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidməti­nin rəisi general-polkovnik Elçin Quliyev Rusiya Federa­si­ya­sından avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin təd­birlə­rinə cəlb olun­muş vətəndaşlarla görüşmək məqsədilə hə­min əra­zidə olublar.

Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş za­­­manı Azərbaycan Prezidenti İlham Əli­ye­vin rəhbərliyi al­tın­da ko­ronavirus infeksiyasının yayılmasına qarşı mü­ba­rizə məqsədilə həyata keçiri­lən qabaqlayıcı tədbirlər haq­­­qında geniş məlimat verilmiş, əhalinin sağlamlığının qorun­ma­sı üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tə­ləb­lərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.

Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma və­­ziy­yətinə baxış keçirilmiş, üzləşdikləri problemlərlə maraqla­nıl­mış, xahiş və mü­ra­ciətləri dinlənilmiş, qaldırılan mə­sələlərin qısa müddətdə öz həllini tapması üçün təd­birlər görül­üb. Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrıl­mış yer­lə­r və ora­dakı şərait öyrənilmiş, vətəndaşların və şəx­si heyətin təhlü­kə­siz­­liyinin təmin edilməsi və sağlamlıqlarının qorun­ması üçün gö­rül­müş işlər nəzərdən keçirilmiş, zəruri göstə­rişlər veril­ib.

Dövlət sərhədindən buraxılış məntəqə­sin­də rejim təd­bir­­­ləri­nin təşkili və­ziy­yəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təx­liyə edilməsi məsələləri nəzərdən keçirilib, birgə fəaliyyə­tin yük­sək səviyyədə təşkil olunması qeyd edilmiş və bu istiqamətdə ai­diy­yəti dövlət or­qan­larının əməkdaşlığının daha da təkmilləş­diril­məsi üzrə müvafiq tapşırıqlar ve­ril­­ib.Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiyadan gəlib karantində saxlanılan vətəndaşlarla görüşüb.

DSX mətbuat mərkəzindən Lent.az-a daxil olan məlumata əsasən, hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş zamanı koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında geniş məlimat verilib, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2862
avatar

Mehman Nəbiyev

Oxşar yazılar