Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 11 aprel saat 00:00-dan 12 aprel 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə APA-ya Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, ümumilikdə 1 aprel tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 14 min 980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.