Karantin rejimi ilə əlaqədar ölkənin müxtəlif yerlərində yoxlama məntəqələri qurulub. Bu məntəqələrdə həm insanların icazəsiz evdən çıxmaları, həm də sürücülərin lüzumsuz yerə avtomobil idarə etmələrinə nəzarət edilir. Aparılan yoxlamalar zamanı yol hərəkəti qaydalarını pozan və müvafiq sənədləri olmayan sürücülər də müəyyən edilərək cərimələnir. Ancaq karantin dövründə sürücülərə yazılan cərimələrin daha sonra silinəcəyi barədə məlumatlar dolaşır.
Məlumatın nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxladıq. Şöbə rəisi bu barədə Lent.az-a bu fikirlərin tamamilə absurd olduğunu bildirib:
“Bu barədə söhbət belə gedə bilməz. Niyə də elə olmalıdır? Kimsə qanun pozacaq və onun cəzası ləğv olunacaq? Hansı qanunla tənzimlənir bu? Boş söhbətlərdir”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov da daha əvvəl belə bir təcrübənin olmadığını vurğulayıb:
“Düzü, belə bir məlumat eşitməmişəm. Heç inanmaram da bu cür qərar verilsin. Təcrübədə də buna uyğun qərara rast gəlməmişəm. Hər halda, hər şey qanun çərçivəsində həll olunacaq”,