İki ölkədən 151 nəfər Azərbaycan vətəndaşı vətənə gətirildi
25 mart 2020 13:12 (UTC +04:00)

İki ölkədən 151 nəfər Azərbaycan vətəndaşı vətənə gətirildi

"Azərbaycan Hava Yolları” aviaşirkəti bəzi şəhərlərdən reyslər yerinə yetirməyə davam edir.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.Bir daha xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçir və karantinə yerləşdirilir.

Vətəndaşların ölkəyə qayıtması tarixləri Azərbaycan Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297
avatar

Oxşar yazılar