Almaniyada yeni növ koronavirusa (COVID-19) qarşı hazırlanmış peyvəndin klinik sınağına icazə verilib.
APA-nın "Independent"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Peyvəndlər üzrə Federal İnstitutu məlumat yayıb.
Peyvəndin effektivliyini yoxlamaq üçün klinik sınaqlarda 18-55 yaş aralığında 200 nəfər sağlam şəxs iştirak edəcək.
RNT peyvəndi "BioNTech" firması tərəfindən istehsal edilib.
Bundan başqa, Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok deyib ki, sabah ölkəsində Oksford Universiteti tərəfindən koronavirusa qarşı hazırlanan peyvəndin sınağına başlanılacaq.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda COVID-19-a qarşı 20 peyvəndin üzərində iş getdiyini bildirib.