İdman zalları açıla bilər - Qərargah
18 may 2020 17:51 (UTC +04:00)

İdman zalları açıla bilər - Qərargah

“İdman zallarında bir çox idman alətləri birgə istfifadə edilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, idman zallarının açılması bu baxımdan mürəkkəbdir: “Ancaq bu məsələ də müzakirə olunur, metodiki göstərişlər üzərində iş aparılır”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, toy mərasimləri ilə bağlı da yumşaldıcı tədbirlər müzakirə olunur: “Amma indi bu barədə bir söz deyə bilmərik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3316
avatar

Oxşar yazılar