Həsən bəy Zərdabinin adını daşıyan park və abidənin açılışı olub
22 iyul 2020 11:55 (UTC +04:00)

Həsən bəy Zərdabinin adını daşıyan park və abidənin açılışı olub

Bu gün Qubada Həsən bəy Zərdabinin adını daşıyan qəsəbədə Azərbaycanda milli mətbuatın banisi Həsən bəy Zərdabinin abidəsinin və onun adını daşıyan parkın açılışı olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri, mətbuat nümayəndələri iştirak edib.

Abidənin müəllifi heykəltəraş-rəssam Şıxəli Təhməzovdur.

Həsən bəy Zərdabi 1868-ci ildə Qubada məhkəmə katibi vəzifəsində işləyib. Onun adını daşıyan, 5 min nəfərdən çox əhalinin yaşadığı qəsəbə Qubanın ən böyük yaşayış məntəqələrindəndir.

3 hektar ərazisi olan parkda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, dekorativ yaşıllıqlar, uşaq əyləncə mərkəzi, oyun meydançaları yaradılır. Parka səki daşları döşənib, idman sahələri salınıb.

 Parkın abadlaşdırılması ilə yanaşı, 2 kilometr uzunluğundakı qəsəbədaxili yolun asfaltlanması da həyata keçirilib. Zərdabi qəsəbəsində 850 şagird yerlik yeni məktəb binasının inşasına da başlanılıb. Üçmərtəbəli məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2814
avatar

Oxşar yazılar