"Həcc ziyarətinə gediş baş tutacağı təqdirdə kvotanın dolmasından asılı olmayaraq, sənəd verənlərin ziyarəti təşkil olunacaq".
Qafqaz Müsəlmanları İdarəsindən Lent.az-a bildirilib ki, bu il Həcc ziyarətinin olub-olmayacağı isə hələ ki məlum deyil. Məlumata görə, Səudiyyə Ərəbistanından bu il Həcc ziyarətinin, ümumiyyətlə, ləğv olunması ilə bağlı QMİ-yə heç bir rəsmi sənəd daxil olmayıb: "Hələlik, Səudiyyə Ərəbistanının tövsiyəsi ilə Həcc ziyarəti ilə bağlı sənədləşmə işləri dondurulub. Şifahi şəkildə ziyarətin olacağı deyilsə də, rəsmi xəbər yoxdur. Ölkəmizdə də koronavirusa görə, karantin rejimi olduğundan gediş-gəliş və sənəd verən də yoxdur. Sənəd qəbulu rəsmi şəkildə dayandırılmayıb".
Karantin rejimindən əvvəl Həcc ziyarətinə getmək üçün 300-dək yaxın insan sənəd verib.
Bu il Həccə getməyin qiyməti 4 490 dollar müəyyənləşdirilib. Kvota isə 1500 nəzərdə tutulmuşdu.