Martın 25-nə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 25-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə duman olacaq.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9 dərəcə, gündüz 13-18 dərəcə isti, Bakıda gecə 7-9 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var.
Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9 dərəcə, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti olacaq.