FHN-nin Regional Mərkəzində Xocalı soyqırımı qurbanları anıldı
26 fevral 2020 15:21 (UTC +04:00)

FHN-nin Regional Mərkəzində Xocalı soyqırımı qurbanları anıldı

Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinini (FHN) Bakı Regional Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı toplantı keçirilib.

FHN-dən Lent.az-a verilən məlumata görə, Mərkəzin şəxsi heyəti ilk öncə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Daha sonra məruzəçilər bildiriblər ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində soyqırım törədib, nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilibş, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 

Toplantı zamanı, həmçinin Xocalı soyqırımının 20-ci əsrin ən böyük faciələrindən biri olduğu və amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz saldığı qeyd edilib, vurğulanıb ki, Xocalı soyqırımının tanınması istiqamətində aparılan işlərin nəticəsi olaraq, artıq bir çox dövlətlərdə Xocalı faciəsinə rəsmi münasibət bildirilib və bu faciə “Soyqırım” kimi tanınıb.

Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2128
avatar

Aygün İbrahimli

Oxşar yazılar