FHN əməkdaşları ahıl insanlara, aztəminatlı ailələrə yardım etdi  - FOTO
12 aprel 2020 13:19 (UTC +04:00)

FHN əməkdaşları ahıl insanlara, aztəminatlı ailələrə yardım etdi - FOTO

Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) müxtəlif tədbirlər həyata keçirir.

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, növbəti belə tədbir FHN-in Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayonunda həyata keçirilib.

 Aprel ayının 11-də Regional Mərkəz əməkdaşları tərəfindən Lənkəran şəhəri və rayonun müxtəlif kəndlərində yaşayan bir sıra ailələrə baş çəkilib, onlara yardım göstərilib. Kampaniya çərçivəsində yaşı 65-dən yuxarı olan, o cümlədən tənha və ahıl insanlara, aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılıb.

Görüş zamanı nazirliyin əməkdaşları ailələrdə maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən də danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2053
avatar

Oxşar yazılar