Epidemiya əleyhinə rejimi pozanlar cəzalanacaq - YENİ QAYDALAR
19 mart 2020 16:53 (UTC +04:00)

Epidemiya əleyhinə rejimi pozanlar cəzalanacaq - YENİ QAYDALAR


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cinayət Məcəlləsinə edilmiş dəyişiklikləri təsdiq edib.

APA-nın məlumatına görə, qanuna əsasən, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdən azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 mindən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1400
avatar

Oxşar yazılar