Dünyanın bu günündən xəbərimiz var - VİDEO
23 aprel 2020 09:09 (UTC +04:00)

Dünyanın bu günündən xəbərimiz var - VİDEO

YUSİF MUXTAROV

(1941-2010)

1. Azərbaycanın xalq artisti,aktyor və teatr xadimi Yusif Mehdi oğlu Muxtarov 1941-ci il aprelin 23-də anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildə Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor kimi başlayıb, İctimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1992-ci ildən isə Bakı Bələdiyyə Teatrının icraçı direktoru olub. “Qəribə adam”, “İki qardaş”, “Vaqif”, “Xoşbəxtlər”, “Bayramın ilk günü”, “Duel”, “On iki manatlıq lüstr”, “Söyüdlü arx” kimi televiziya tamaşalarında və “Baladadaşın məhəbbəti”, “Gecə qatarında qətl” filmlərində yaddaqalan obrazlar yaradıb. Azərbaycan radiosunun qızıl fondunda onun səsi olan 350-dən artıq bədii veriliş saxlanmaqdadır. Xalq artisti Amaliya Pənahovanın həyat yoldaşı olan Yusif Muxtarov 26 aprel 2010-cu ildə vəfat edib.

YURİ BALİYEV

(1949-2018)

2. Azərbaycanın xalq artisti,teatr və kino aktyoru Yuri Nikolayeviç Baliyev 23 aprel1949-cu ildəDağıstandadoğulub. 1975-ci ildə Yaroslavl Teatr Məktəbinin aktyorluq fakültəsini bitirib. Həmin ildənömrünün sonuna kimi Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib.“Kral Lir”, “Qağayı”, “İsanın anası”, “Cəhənnəm sakinləri”, “Teleskop”, “Qurdlar və quzular”, “Gözəl kişi”, “Əli və Nino” və başqa tamaşalarda yaddaqalan obrazlar yaradıb. "Ovsunçu", "Babək", "Salandar", "Tehran-43" kimifilmlərdə də oynayıb. Yuri Baliyev 27 mart2018-ci ildə vəfat edib və İkinci Fəxri Xiyabandadəfn olunub.

CAVANŞİR CƏFƏROV

(1953)

3. Azərbaycanın xalq artisti, dirijor, professor Cavanşir Xəlil oğlu Cə­fə­rov1953-cü il­ aprelin 23-də Ba­kıda ana­dan ol­ub. 1972-ci il­də Asəf Zey­nal­lı adı­na Ba­kı Mu­si­qi Tex­ni­ku­mu­nu,1977-ci il­də isə Sankt-Pe­ter­burq Döv­lət Kon­ser­va­to­ri­ya­sı­nın di­ri­jor­luq fa­kül­tə­si­ni bi­tir­ib. Azər­bay­can Döv­lət Ope­ra və Ba­let Te­at­rı­na xor­meys­te­r, baş di­ri­jo­r, Mu­si­qi­li Ko­me­di­ya Te­at­rı­nın di­ri­jo­ru, Bakı Musiqi Akademiyasında müəllim və­zi­fə­lərində çalışıb. 1996-cı ildən Azər­bay­can Döv­lət Ope­ra və Ba­let Te­at­rı­nın baş di­ri­jo­ru işləyib. Prezident təqaüdçüsü Cavanşir Cəfərov haqqında 2019-cu ildə"Danışan əllər" sənədli filmi çəkilib.

SAMİR XASIYEV

(1973-1995)

4. Azərbaycanın Milli Qəhrəmanı Samir Zirəddin oğlu Xasıyev 20 aprel 1973-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1988-ci ildə Bakıya köçərək təhsilini tamamlayıb və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin axşam şöbəsinə daxil olub. Paytaxtın Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Füzuli, Ağdam və Ağdərə istiqamətindədöyüşlərdə iştirak edib. Bacarıqlı, səriştəli komandirlik fəaliyyətinə görə iki aylıq qısa müddətli zabitlər kursuna göndərilib və ona leytenant rütbəsi verilib. 1994-cü ildə Gəncədə baş verən hərbi qiyama qarşı keçirilən əməliyyatların fəal iştirakçısı olub. Bu hadisədən sonra alay komandiri onu "Hərbi xidmətlərə görə" medalına təqdim edib. Samir Xasıyev 1995-ci il martın 17-də dövlət çevrilişi cəhdinin qarşısını alarkən qəhrəmancasına həlak olub və II Şəhidlər Xiyabanında dəfn edilib.

MİRƏLİ QAŞQAY

(1907-1977)

5. Azərbaycan EA-nın həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm və texnika xadimi Mirəli Seyidəli oğlu Qaşqayın anım günüdür. O, 1907-ci il yanvarın 7-dəGəncəşəhərində anadan olub. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun dağ-mədən fakültəsini bitirib və SSRİ EA-nın Petroqrafiya İnstitutunun aspiranturasına daxil olub. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir. Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidian və perlit yataqlarını kəşf edib, Azərbaycanda 220-yə yaxın mineral və termal mənbələrin olduğunu müəyyənləşdirib. 1945-ci ildə Azərbaycan EA-nın təsisçilərindən biri və Akademiyanın ilk akademik-katibi olub.Mirəli Qaşqay 1977-ci ilin aprelindəBakıdavəfat edib və Fəxri Xiyabandadəfn olunub.

MİDHƏT ABBASOV

(1926-2012)

6. Azərbaycan MEA-nın həqiqi üzvü,Rusiya EA-nın müxbir üzvü, əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Midhət Teymur oğlu Abbasovun xatirə günüdür. O, 31 iyul 1926-cı ildə Bakıda dünyaya gəlib. 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsini bitirib. 1951-ci ildən Azərbaycan EA-da işləyib, müxtəlif illərdə laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, direktor, akademik-katib, AMEA-nın vitse-prezidenti kimi vəzifələrdə işləyib. Eyni zamanda SSRİ Ali Sovetinin deputatı, Azərbaycanın dövlət katibi olub. Neft və qaz yataqlarının nəzəriyyəsi və işlənməsi onun tədqiqat sahələrindəndir, bu sahədə məşhur elmi məktəbin yaradıcısı və rəhbəri olub. 640-dən çox elmi əsərin, 20 monoqrafiyanın, 43 müəlliflik şəhadətnaməsinin və 6 patentin müəllifidir. Dövlət Mükafatına, müxtəlif orden və medallara layiq görülən Midhət Abbasov 2012-ci ilin aprelində Bakıda vəfat edib.

KAMAL XUDAVERDİYEV

(1938-2008)

7. Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Kamal Ağahüseyn oğlu Xudaverdiyev də bu gün xatırlanır. O, 3 may 1938-ci ildə Bakıda doğulub. 1965-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Akademik Milli Dram Teatrında çalışmağa başlayıb. Azərbaycan Dövlət Televiziyasında da fəaliyyət göstərib.«Orlean qızı», «Xurşidbanu Natəvan», «Kölgələrin oyunu», «Yollara iz düşür», «Atayevlər ailəsində», «Bayramın son günü» və başqa tamaşalarda çıxış edib. Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir», «Ən vacib müsahibə», «Dağlarda döyüş», «Nəsimi», «Üzü küləyə», «Adanı özünlə apara bilməzsən», «Dədə Qorqud» filmlərində fərqli obrazlara çəkilib. Kamal Xudaverdiyev 2008-ci ilin aprelində vəfat edib.

MƏSTANƏLİYEV

(1918-1945)

8. Bu gün Sovet İttifaqı Qəhrəmanı Məstan Aslan oğlu Əliyevin anım günüdür. O, 1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində anadan olub. Kənd məktəbində müəllim işləyib. 1939-cu ildə hərbi xidmətə çağırılıb. İkinci Dünya müharibəsində müxtəlif cəbhələrdə döyüşlərdə iştirak edib. Məstan Əliyev 1945-ci ilin aprelində Berlin uğrunda döyüşlərdə həlak olub. 31 may 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Doğulduğu kəndin orta məktəbi onun adını daşıyır.

MEHRAC MAHMUDOV

(1958-1994)

9. Şəhid Mehrac Məhəmməd oğlu Mahmudovun xatirə günüdür. O, 1958-ci il yanvarın 17-də TərtərrayonununSəhləbadkəndində dünyaya gəlib. Orta təhsilini kənd orta məktəbində alıb. 1977-1979-cu illərdə Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib, sərbəst güləş üzrə usta dərəcəsi alıb. 2 aprel1993-cü ildə çavuş rütbəli vzvod komandiri kimi qardaşı Arifin xidmət etdiyi Tərtər özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edilib. 1993-cü ilin sentyabr ayında 190 saylı hərbi hissəyə dəyişdirilib və Ağdam bölgəsində gedən döyüşlərdə şücaətlər göstərib.Mehrac Mahmudov 1994-cü ilin aprelində Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olub. 24 iyun 1998-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1357
avatar

Oxşar yazılar