ZAQATALA ÜSYANI
(1920)
1. 1920-ci il iyunun 6-da Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan başlanıb. Tala kəndinin imamı Şeyx Hafiz Əfəndinin başçılıq etdiyi üsyançıların sayı ilk günlərdə 1000 nəfərə çatıb. Cümhuriyyət ordusunun Zaqatalada yerləşən və sonradan sovet hakimiyyətinə tabe etdirilən taboru da üsyançıların tərəfinə keçib. Üsyançılar Zaqatala qalasını, Qax və ətraf əraziləri ələ keçiriblər. Üsyan bütün bölgəyə yayılıb. Lakin Sovet Rusiyasının XI ordusunun bölgəyə yeridilən hissələri qeyri-bərabər döyüşdən sonra iyunun 16-da üsyanı yatırıb və xalqa divan tutublar. Şeyx Hafiz Əfəndi kiçik dəstə ilə Gürcüstan ərazisinə keçib.
ALEKSANDR PUŞKİN
(1799-1837)
2. Müasir rus ədəbi dilinin banisi, şair və dramaturq Aleksandr Sergeyeviç Puşkin 1799-cu il iyunun 6-da Moskvada anadan olub. 1811-ci ildə Çarskoe Selo liseyinə qəbul olub. 1817-ci ildə liseyi kollec katibi rütbəsində bitirdikdən sonra Xarici İşlər Kollegiyasına təyinat alıb. 1819-cu ildə dekabristlərin rəhbərlik etdiyi “Yaşıl çıraq” ədəbi-teatr cəmiyyətinə üzv olub. “Çaadayevə”, “Kənd”, “Ruslan və Lyudmila”, “Qafqaz əsiri”, “Baxçasaray fontanı”, “Quldur qardaşlar”, “Yevgeni Onegin”, “Xəsis cəngavər” və başqa əsərlərin müəllifidir. Çar rejimi əleyhinə yazdıqlarına görə bir neçə dəfə sürgün olunub. 1834-cü ildə Peterburqa gələn fransız baron Dantes Puşkinin həyat yoldaşı Natalya Qonçarovaya vurulub və ona diqqət göstərməyə başlayıb. Dedi-qodunun yaranmasından sonra şair 1837-ci il yanvarın 27-də Dantes ilə dueldə görüşüb. Puşkin qarnından ölümcül yaralanıb və yanvarın 29-da vəfat edib.
ZƏFƏR NEMƏTOV
(1917-1971)
3. Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor, pedaqoq, ictimai xadim Zəfər Əlipaşa oğlu Nemətov1917-ci il iyunun 6-da Bakıda anadan olub. 1931-1941-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 1942-1953-cü illərdə quruluşçu rejissor, 1954-1969-cu illərdə isə baş rejissor vəzifəsində çalışıb. Gənc Tamaşaçılar Teatrında “Məlikməmməd”, “Müfəttiş”, “Qaraca qız”, “Yaşar”, “Romeo və Cülyetta”, “Komsomol poeması”, “Əlvida Hindistan” və başqa tamaşalara quruluş verib. Zəfər Nemətov 1971-ci il noyabrın 19-da vəfat edib. Azərbaycanın xalq artisti Azər Paşa Nemətin atasıdır.
MÜNƏVVƏR RZAYEVA
(1929-2004)
4. Azərbaycanın əməkdar rəssamı, ilk monumentalçı qadın heykəltəraş Münəvvər Məcid qızıRzayeva 6 iyun1929-cu ildəŞuşadaanadan olub. BakıdaƏzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və V.İ.Surikovadına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsində təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olub,Azərbaycan EA Nizami adına Ədəbiyyat Muzeyindəbərpaçı rəssam kimi fəaliyyət göstərib və bir sıra heykəlləri bərpa edib. Hüseyn Cavid,Sergey Yesenin,Nəriman Nərimanov,Mikayıl Müşfiq vəNazim Hikmətin büstləri onun yaradıcı fəaliyyətində xüsusi yer tutur. ƏsərləriAzərbaycan Milli İncəsənət Muzeyi,Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi muzeyi, Siyəzən mədəniyyət evi və Bədii Fondda saxlanılır. Münəvvər Rzayeva 6 iyun 2004-cü ildəBakışəhərində vəfat edib.
ARİF MİRZƏQULİYEV
(1931-1990)
5. Azərbaycan aktyoru, həkim Arif Teyyub oğlu Mirzəquliyev1931-ci ilin iyununda Bakıda doğulub. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda və Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. "Görüş" filmində yaratdığı Kamil və "O olmasın, bu olsun" filmində canlandırdığı Sərvər obrazı tamaşaçıların yaddaşına əbədi həkk olub.Bir neçə filmə çəkildikdən sonra sənətdən uzaqlaşıb və ömrünün sonuna kimi həkim vəzifəsində çalışıb. Arif Mirzəquliyev 1990-cı il avqustun 4-də Bakı şəhərində vəfat edib.
XURAMAN QASIMOVA
(1951)
6. Azərbaycanın xalq artisti, opera müğənnisi Xuraman Əkrəm qızı Qasımova 6 iyun 1951-ci ildə Bakıda anadan olub. Bülbül adında orta ixtisas məktəbində fortepiano sinfində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1977-ci ildə gənc vokalçıların Cənubi Qafqaz və Ümumittifaq müsabiqəsinin mükafatçısı olub, 1981-ci ildə isə Yunanıstanda keçirilən beynəlxalq müsabiqədə qızıl medal və "Qran Pri" qazanıb. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, operada bir çox mükəmməl obrazlar yaradıb. 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir. 1994-cü ildən İstanbul Dövlət Universiteti Konservatoriyasının professoru, “Solo oxuma” kafedrasının müdiri, 1996-cı ildən isə professordur. Bir neçə filmdə çəkilib. Xuraman Qasımova Azərbaycanın Dövlət Mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.
VƏZİR SƏDİYEV
(1961-1993)
7. Azərbaycanın Milli Qəhrəmanı Vəzir İsa oğlu Sədiyev 6 iyun1961-ci ildə Gürcüstanın Marneuli rayonununAşağı Qullar kəndində doğulub. Orta təhsiliniQərbi Azərbaycanda alıb, daha sonra Tiflis Ali Hərbi Artilleriya Məktəbinə daxil olub. Əfqanıstan müharibəsində iştirak edib və yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi alıb. Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra könüllü olaraq Laçın, Qubadlı, Füzuli və Ağdərərayonlarında gedən döyüşlərdə iştirak edib. 1993-cü il fevralın 19-da Həsənrizkəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Şəhidlər Xiyabanındadəfn edilib. Azərbaycan Prezidentinin15 yanvar1995-ci il tarixli fərmanı ilə Vəzir Sədiyev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
FAİQ AĞAYEV
(1969-1991)
8. Azərbaycanın Milli Qəhrəmanı,şəhid Faiq Alış oğlu Ağayev 6 iyun 1969-cu ildə Ağdam rayonunun Papravəndkəndində doğulub. 1990-cı ilinsentyabrayında Ağdam Rayon Polis Şöbəsinin tərkibində yaranmış polis alayına daxil olub. 23 dekabr 1991-ci ildəXocalı rayonunun Meşəlikəndinə erməni silahlılarının hücumunu dəf edərkən onlarla qadını və uşağı xilas edib, özü isə qəhrəmanlıqla şəhid olub. Ağdam rayonunun Papravəndkəndində dəfn edilib. Azərbaycan Prezidentinin8 oktyabr1992-ci il tarixli fərmanı ilə Faiq Ağayevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
MÖVSÜM MƏMMƏDOV
(1967)
9. Azərbaycanın Milli Qəhrəmanı Mövsüm Şahin oğlu Məmmədov 1967-ci ilin iyununda Xocalı rayonununKosalar kəndində anadan olub. 1985-1987-ci illərdə hərbi xidmətdə olub.1988-ci ildəŞuşadaəmək fəaliyyətinə başlayıb,1990-cı ildən daxili işlər orqanlarında çalışır.1992-1993-cü illərdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində iştirak edib.Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas edib.1998-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1994-cü ildən Şuşa rayon Polis Şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Prezidentinin25fevral1997-ci il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
FİRUDİN BƏY KÖÇƏRLİ
(1863-1920)
10. Görkəmli Azərbaycan alimi, filosof və ədəbiyyatşünas Firudin bəy Əhməd bəy oğlu Köçərlinin anım günüdür. O, 1863-cü il yanvarın 26-da Şuşada anadan olub. Qori Müəllimlər Seminariyasını bitirib, bir müddət İrəvan gimnaziyasında, sonra isə Qori seminariyasında dərs deyib, ədəbi fəaliyyətə də həmin vaxtdan başlayıb. Azərbaycan ədəbiyyatı tarixinə aid ilk əsərlərdən olan «Azərbaycan ədəbiyyatı», «Mirzə Fətəli Axundov» kitabçalarını nəşr etdirib. 1908-ci ildə «Azərbaycan türk ədəbiyyatı» adlı fundamental əsərini bitirib. Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Çexov, Qoqol, Sereteli və başqaları haqqında elmi məqalələr yazıb. Tərcümə sahəsində də səmərəli çalışıb. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazax şəhərinə köçürərək, onu müstəqil milli seminariyaya çevirib. Firudin bəy Köçərli 1920-ci ilin iyununda anti-sovet Gəncə üsyanının təşkilatçılarından biri kimi həbs olunaraq güllələnib.
ZƏROŞ HƏMZƏYEVA
(1925-2004)
11. Azərbaycanın xalq artisti, teatr və kino aktrisası, Prezident təqaüdçüsü Zəroş Mirzəbağır qızı Həmzəyeva da bu gün xatırlanır. O, 22 mart 1925-ci ildəNaxçıvan MR Babək rayonunun Nehrəm kəndində doğulub. Orta təhsiliniburada alıb, məktəbin dram dərnəyində çıxış edib. Səhnə fəaliyyətinə 1942-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında başlayıb, bir sıra tamaşalarda çıxış edib. 1948-1949-cu illərdə həyat yoldaşı İbrahim Həmzəyevlə birlikdə Füzuli Dövlət Dram Teatrında çalışıb. “Şöhrət” ordeni ilə təltif edilmiş Zəroş Həmzəyeva 2004-cü ilin iyununda Bakıda vəfat edib vəII Fəxri Xiyabanda dəfn olunub.