Dünyada bu gün nələr olub? - VİDEO
25 aprel 2020 11:30 (UTC +04:00)

Dünyada bu gün nələr olub? - VİDEO

MİKAYIL RƏFİLİ

(1905-1958)

1. Şair, ədəbiyyatşünas, tənqidçi,filologiya elmləri doktoru, professor Mikayıl Həsən oğlu Rəfili 1905-ci ilaprelin 25-dəGoranboy rayonunun Borsunlu kəndində doğulub. Yelizavetpol klassik gimnaziyasında, Azərbaycan Politexnik İnstitutunda və Moskva Dövlət Universitetində təhsil alıb. Müxtəlif illərdə müəllim, məktəb müdiri, redaktor, bədii şöbənin müdiri və məsul katib kimi vəzifələrdə çalışıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. "Sevastopol", "Leninqrad", "Puşkinin həyat və yaradıcılığı", "Puşkin və Azərbaycan", "Mirzə Fətəli Axundov" və başqa əsərlərin müəllifidir, bədii tərcümə ilə məşğul olub. "Şərəf nişanı" ordenivə medallarla təltif olunan Mikayıl Rəfili 1958-ci ilaprelin 25-də vəfat edib.

TEYYUB DƏMİROV

(1908-1970)

2. Azərbaycan qarmonçusu Teyyub Hacı Məmməd oğlu Dəmirov25 aprel 1908-ci ildə Bakıda anadan olub. Kor Əhədintələbəsi və davamçısı olub, Əhməd Bakıxanovun bədii rəhbəri olduğu Xalq Çalğı Alətləri Ansamblında qarmon ifa edib. İfaçılıq məharətini bəyənən Üzeyir bəy Hacıbəyov 1939-cu ildə isə onu özünün yaratdığı orkestrə dəvət edib. İyirmidən artıq bəstəsi, oyun havaları, rəng və dəramədlər özünün yaratdığı qarmonçalanlar ansamblının əsas repertuarı olub. Onun ifasında səsləndirilən "Bayatı-Şiraz", "Segah", "Rast", "Zabul", "Bayatı-Qacar", "Şur" muğamlarının səsyazmaları Azərbaycan televiziyasıvə radiosunun Qızıl Fondunda saxlanılır. Teyyub Dəmirov 9 avqust 1970-ci ildə Bakıda dünyasını dəyişib.

MƏHƏMMƏD BÜRCƏLİYEV

(1914-1994)

3. Azərbaycanın xalq artisti, aktyor və rejissor Məhəmməd İsmayıl oğlu Bürcəliyev 1914-cü ilin bu günü Şəkidə anadan olub. Burada beşillik təhsilini başa vurduqdan sonra fabrik-zavod məktəbinə daxil olub. Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib və maraqlı obrazlar qalereyası yaradıb. 1935-ci ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında çalışıb, 300-dən çox maraqlı obraz yaradıb. “Dəli Kür”, “Mən ki, gözəl deyildim” filmlərinə də çəkilən Məhəmməd Bürcəliyev 1994-cü il noyabrın 25-də Gəncədə vəfat edib.

ALBERT AQARUNOV

(1969-1992)

4. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunoviç Aqarunov1969-cu il aprelin 25-də BakınınƏmircanqəsəbəsindəyəhudiailəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirdikdən sonra peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, eyni zamanda musiqi məktəbində nəfəs alətitrubasinfini bitirib. 1987-ci ildəGürcüstandahərbi xidmətə çağırılıb, xidməti dövründə tank komandiri olub. Ordudan tərxis olunduqdan sonra Bakının Suraxanı rayonundamaşınqayırma zavodunda işləyib. Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar Milli Ordu sıralarına yazılıb. Tank komandiri kimi Xankəndi,Daşaltı vəCəmilliistiqamətində gedən döyüşlərdə iştirak edib. 8 may1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və BakıdaŞəhidlər Xiyabanındadəfn edilib. Təhsil aldığı 154 nömrəli orta məktəb və paytaxt küçələrindən biri onun adını daşıyır, Bakıda heykəli qoyulub.

HƏMİDƏ ÖMƏROVA

(1957)

5. Azərbaycanın xalq artisti, kino və teatr aktrisası Həmidə Məmməd qızı Ömərova 25 aprel 1957-ci ildəBakıdadoğulub. 1975-1979-cu illərdəÜmumittifaq Dövlət Kinematoqrafiya İnstitutununaktyorluq şöbəsində təhsil alıb. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb, Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, "Kinoştrix" verilişinin ssenari müəllifi olub. 50-yə yaxın filmdə yaddaqalan obrazlar yaradıb, 500-dən artıq bədii filmin dublyaj və səsləndirilməsində fəal iştirak edib. Azərbaycan və Amerikanın kino tarixinə dair bir neçə kitabın müəllifidir. Respublika Lenin Komsomolu mükafatına vəCəfər Cabbarlı mükafatına layiq görülən Həmidə Ömərova Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir.

ADELAİDA MƏMMƏDOVA

(1922-2015)

6. Bu gün musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ xalq artisti Bülbülününhəyat yoldaşı vəAzərbaycanın xalq artisti Polad Bülbüloğlununanası Adelaida Məmmədovanın xatirə günüdür. O, 1922-ci il avqustun 22-də Tiflis şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tiflis Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlayıb. 1977-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilib. Bülbülün həyat və yaradıcılığı haqqında kitab və məqalələrin müəllifidir. “Şöhrət” ordeninə, Azərbaycan Prezidentinin Fəxri Diplomuna layiq görülən Adelaida Məmmədova 2015-ci ilin aprelində vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1328
avatar

Oxşar yazılar