Dünyada bu gün - VİDEO
01 iyun 2020 09:01 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

BEYNƏLXALQ UŞAQLARI MÜDAFİƏ GÜNÜ

(1950)

 

1. Bu gün Beynəlxalq Uşaqları Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Uşaqları Müdafiə Gününün qeyd olunması qərara alınıb.Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. 2009-cu il Azərbaycanda "Uşaq ili" elan olunub.

 

 

NƏRİMAN ƏZİMOV

(1936-2016)

 

2. Azərbaycanın xalq artisti, bəstəkar və dirijor Nəriman Abbasqulu oğlu Əzimov1 iyun 1936-cı ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsini bitirib. Tələbəlik dövründən Azərbaycan Televiziyası və Radiosunda xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyətə başlayıb, ömrünün 60 ili bura ilə bağlı olub. Uzun illər Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb, mahnılar və digər musiqi əsərləri bəstələyib. “Şöhrət” ordeni ilə təltif edilən Nəriman Əzimov 19 noyabr2016-cı ildə Bakıda vəfat edib və Gəncədə torpağa tapşırılıb.

 

 

SEVİL QAZIYEVA

(1940-1963)

 

3. Azərbaycanın ilk qadın mexanizatoru,Sosialist Əməyi Qəhrəmanı Sevil Həmzət qızı Qazıyeva 1940-cı ilin iyununda Zaqatala rayonununTala kəndində doğulub. Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsində təhsil alıb. Bakıda teatr dərnəyində fəaliyyət göstərib, bir sıra tamaşalarda çıxış edib, mətbuatda şeirləridərc olunub. Daha sonra traktorçu, pambıqyığan kombaynın mexanik-sürücüsü,Mil düzündəkisovxozlardan birinin traktorçular briqadiri işləyib, Beyləqanda kompleks-briqada yaradıb və həmin briqadaya başçılıq edib. Qısa müddətdə Azərbaycanın adlı-sanlı pambıqçılarından birinə çevrilib. 1963-cü ildəAzərbaycan SSR Ali Sovetinindeputatı seçilib. "Qırmızı Əmək Bayrağı" ordeniilə təltif edilən Sevil Qazıyeva 1963-cü il sentyabrın 23-də iş başında faciəli surətdəhəlak olub. 1970-ci ildə "Azərbaycanfilm" tərəfindən ona həsr olunmuş "Sevil Qazıyeva" filmi çəkilib.

 

 

NİYAMƏDDİN MUSAYEV

(1940)

 

4. Azərbaycanın xalq artisti, müğənni Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də İmişli rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunu bitirib. Gənc yaşlarında Mədəniyyət Evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Əhməd Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı yazılıb, 1968-ci ildə isə "Muğam-68" festivalının qalibi olub. 1970-ci ildən filarmoniya cəmiyyətində işləməyə başlayıb. “Röya” vokal instrumental ansamblının bədii rəhbəri olan kimi Azərbaycanda milli estrada janrının yaradıcısı olub. “Dünya sənin, dünya mənim”, “Vətən həsrəti” adlı albomların müəllifidir. Niyaməddin Musayev 2000-ci ildə "Şöhrət ordeni ilə təltif edilib.

 

 

ABDULLAH ÇATLI

(1956-1996)

 

5. Türkiyənin ən məşhur mafiya babası və gizli dövlət xəfiyyəsi sayılan Abdullah Əhməd oğlu Çatlı 1956-cı il iyunun 1-də Nevşehirdə dünyaya gəlib. Ankarada tələbə olarkən millətçi gənclər təşkilatları ilə sıx təmasda olub. 1977-ci ildə Ankara Ülkü Ocaqlarının başqanı, 1978-ci ildə Ülkücü Gənclik Dərnəyinin sədr müavini seçilib. Hacəttəpə Universitetinin müəllimi Bədrəddin Comərdin və Türkiyə İşçi Partiyasının 7 üzvünün öldürülməsində iştirak etdiyi üçün həbs edilib. 1980-ci il dövlət çevrilişindən sonra xaricə qaçıb, bir müddət Bolqarıstan, Avstriya, İsveçrə və Fransada yaşayıb. Parisdə olarkən Türkiyə xüsusi xidmət orqanları ilə əlaqəyə girib və ermənilərin ASALA terror təşkilatına qarşı beş terror aktı törədib. 1982-ci ilin fevralında Parisdə həbs edilib, bir müddət sonra İsveçrəyə ekstradisiya olunub. 1990-cı ildə İsveçrə həbsxanasından qaçıb. Abdulla Çatlı1996-cı il noyabrın 3-də“Susurluq qəzası” adı ilə tanınan avtomobil qəzasında sevgilisi Qönçə Us və polis rəisi Hüseyn Qocadağla birlikdə həlak olub. Qəzadan yalnız millət vəkili Sədat Edip Bucaq sağ çıxıb.

 

 

ARAZ SƏLİMOV

(1960-1992)

 

6. Azərbaycanın Milli Qəhrəmanı Araz Bahadur oğlu Səlimov 1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulub. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra texniki-peşə məktəbində traktorçu peşəsinə yiyələnib. Bir müddət kolxozda çalışıb, 1978-ci ildə isə sovet ordusu sıralarına çağırılıb. Ordudan tərxis olunduqdan sonra Xocalıya qayıdıb və burada südçülük-tərəvəzçilik sovxozunda traktorçu işləyib. 1990-cı ildə könüllü olaraq Xocalı özünümüdafiə batalyonuna yazılıb, pulemyotçu kimi erməni təxribatlarına layiqincə cavab verib. Xocalı faciəsi zamanı atası erməni faşistləri tərəfindən öldürülüb, özü isə qardaşı Fəxrəddinlə birlikdə Əsgəranda son gülləsinə qədər vuruşaraq şəhid olub və Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

 

MƏLEYKƏ ƏHMƏDOVA

(1957-2006)

 

7. Birinci dərəcəli tibb xidməti kapitanı Məleykə Əhmədova 1957-ci ilin bu günü Qərbi Azərbaycanın Allahverdirayonunda anadan olub. Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizəyə 1988-ci ildə qoşulub. Döyüş bölgəsindəki fədakarlığına, tibbi xidmətin təşkilində xüsusi xidmətlərinə, torpaqlarımızın erməni işğalından müdafiəsində göstərdiyi şəxsi şücaətinə və igidliyinə görə "Azərbaycan Bayrağı" ordeni, "Qüsursuz xidmətlərə görə", "Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 10 illik yubileyi" medalları ilə təltif olunub. “Məleykə Səma” imzası ilə 20-dən artıq kitabı çap olunub. Üç qardaşı şəhid olub, atası Əhməd kişi üçüncü oğlunun ölümünə dözməyərək vəfat edib. Məleykə Əhmədova 18 avqust 2006-cı ildə Bakı şəhərində vəfat edib və II Fəxri Xiyabanda dəfn edilib.

 

 

ELNUR İSGƏNDƏROV

(1989-2016)

 

8. Şəhid Elnur İsgəndər oğlu İsgəndərov1989-cu il iyunun 1-dəŞəki şəhərindəanadan olub. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinədaxil olub, 2010-cu ildə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirib. Bakı şəhərindəyerləşən "N" saylı hərbi hissədə xüsusi təyinatlılar bölməsində xidmətə başlayıb. Baş leytenant Elnur İsgəndərov2016-cı il aprelin 2-dəAzərbaycan-Ermənistantəmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalıilə təltif edilib.

 

 

XUDADAT BƏY RƏFİBƏYLİ

(1877-1920)

 

9. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəylinin anım günüdür. O, 1877-ci il yanvarın 12-də Gəncə şəhərində əsilzadə ailəsində doğulub. Gəncə gimnaziyasını bitirdikdən sonra təhsilini Xarkov İmperator Universitetinin Tibb fakültəsində davam etdirib və oranı 1904-cü ildə bitirib. Yaratdığı "Yelizavetpol Tibb Cəmiyyəti"nin üzvləri Gəncə yoxsullarına pulsuz tibbi yardım göstərib. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sırasında yer alaraq, ikinci hökumət kabinetində səhiyyə naziri, 1919-cu ildən Gəncənin general-qubernatoru vəzifəsinə təyin edilib. Aprel işğalından sonra - 1920-ci il mayın 12-də həbs edilərək Bakıya aparılıb və Gəncə üsyanının təşkilində ittiham olunub. Gəncənin ilk və son müsəlman qubernatoru Xudadat bəy Rəfibəyli iyunun 1-də gizlicə Xəzərin kiçik bir adasına aparılaraq güllələnib.

 

 

RÜSTƏM İSMAYILOV

(1909-1972)

 

10. Azərbaycanın əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, 1967-1970-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti olmuş akademik Rüstəm Hacıəli oğlu İsmayılovun xatirə günüdür. O, 1 iyul1909-cu ildəBakışəhərində dünyaya gəlib.Azərbaycan Neft İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitir­ib. "AzərNeftzavodları" Birliyinin baş mühəndisi, Neft emalı və Kimya sənayesinin idarə rəisi, Azərbaycan SSR Neft emalı və neft-kimya sənayesi naziri, Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri və digər vəzifələrdə çalışıb. Respublikanın neft emalı, neft kimyası və kimya sənayesinin yaradılması, neft-kimya sahəsinin inkişafı üçün karbohidrogen xammalı bazasının yaradılmasıonun adı ilə bağlıdır. 200-dən çox elmi əsər, 40 müəlliflik şəhadətnaməsi və 7 monoqrafiyanın müəllifidir. SSRİ Dövlət Mükafatı, "Lenin’’ və "Şərəf nişanı" ordenləri ilə təltif olunmuş Rüstəm İsmayılov 1972-ci ilin iyununda Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ƏZİZ ŞƏRİF

(1895-1989)

 

11. Azərbaycanın əməkdar elm xadimi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru,professorƏziz Qurbanəli oğluŞərifzadənin (Əziz Şərif) anım günüdür. O, 1895-ci il martın 28-də Naxçıvanşəhərində doğulub.Orta təhsilini1915-ci ildə Tiflisdətamamlayıb. Ədəbi fəaliyyətə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında dərc olunmuş "Naxçıvandan məktublar"la başlayıb. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirib. Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində, Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışıb. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olub. Maksim Qorkinin "Ana", "Düşmənlər", Aleksandr Fadeyevin "Tarmar" əsərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin əsərlərini gürcü dilindən ana dilinə çevirib. Əziz Şərif 1989-cu ilin bu günü Moskvada vəfat edib və Naxçıvan şəhərində dəfn olunub.

 

 

SADIQ HÜSEYNOV

(1924-2003)

 

12. Azərbaycanın əməkdar artisti aktyoru Sadıq Ömər oğlu Hüseynovun xatirə günüdür. O, 29 dekabr 1924-cü ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. Hələ ibtidai məktəbin dördüncü sinfində oxuyarkən Kürdəmir şəhər Mədəniyyət Evində fəaliyyət göstərən xalq teatrına üzv olub. Yuxarı sinifdə oxuyarkən məktəblərdə müəllim çatışmazlığı səbəbindən müəllim işləməli olub. Teatr İnstitutunda təhsil aldıqdan sonra görkəmli rejissor Adil İsgəndərovun dəvəti ilə 1952-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət alıb. Sonralar “Azərbaycanfilm” kinostudiyasında işləyib, Azərbaycan Televiziyası və Radiosunda uşaq verilişlərində aparıcılıq edib və uşaqların sevimli “Savalan baba”sına çevrilib. Sadıq Hüseynov 2003-cü ilin iyununda Bakı şəhərində vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1903
avatar

Oxşar yazılar