Göy gözlü adamlar alkoqola  meyilli olur -  AÇIQLAMA
18 mart 2026 13:57 (UTC +04:00)

Göy gözlü adamlar alkoqola meyilli olur - AÇIQLAMA

0

Genetiklərin apardığı yeni araşdırma göz rəngi ilə alkoqol asılılığı arasında maraqlı əlaqə olduğunu göstərib.

Lent.az xarici mediaya istinadən bildirir ki, araşdırmanın nəticələrinə görə, mavi gözlü insanların alkoqolizmə meyilli olma ehtimalı digərlərinə nisbətən daha yüksəkdir.

Araşdırmanın müəlliflərindən biri, Vermont Universitetinin alimi Arvis Sulovari bildirib ki, əldə olunan nəticələr göz rənginin gələcəkdə alkoqol asılılığının diaqnostikasında köməkçi göstərici kimi istifadə edilə biləcəyi ehtimalını ortaya qoyur.

Araşdırmanın nəticələrinə əsasən, əsasən Avropa mənşəli amerikalılar arasında aparılan analizlər göstərib ki, açıq rəngli gözlərə – xüsusilə mavi, yaşıl və boz gözlərə malik olan şəxslərdə alkoqol asılılığı daha çox müşahidə olunur. Ən güclü tendensiya isə məhz mavi gözlü insanlar arasında qeydə alınıb.

Alimlər müəyyən ediblər ki, göz rəngini müəyyən edən genetik komponentlər alkoqolun həddindən artıq istifadəsi ilə əlaqəli genlərin yerləşdiyi xromosom bölgəsinə yaxın yerləşir. Bu da iki xüsusiyyət arasında genetik əlaqə ehtimalını gücləndirir.

Bununla belə, alimlər hələlik bu əlaqənin dəqiq səbəbini müəyyən edə bilməyiblər. Mütəxəssislərin fikrincə, məsələni daha dəqiq anlamaq üçün əlavə elmi araşdırmalar aparılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar