Dünya şöhrətli aktrisa heyvan oğurluğuna  görə saxlanıldı
18 mart 2026 18:02 (UTC +04:00)

Dünya şöhrətli aktrisa heyvan oğurluğuna görə saxlanıldı

0

“Baywatch” serialı ilə dünya şöhrəti qazanan aktrisa və tanınmış heyvan haqları aktivisti Aleksandra Pol ABŞ-ın Viskonsin ştatında həbs edilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 62 yaşlı ulduz, təcrübələr üçün it yetişdirilən "Ridglan Farms" müəssisəsinə təşkil edilən basqın zamanı saxlanılaraq həbsxanaya göndərilib.

Hadisə təxminən 60 nəfərlik etirazçı qrupun elmi tədqiqatlar üçün "biql" cinsindən olan itlərin saxlanıldığı fermaya daxil olması ilə başlayıp. Hüquq-mühafizə orqanlarının məlumatına görə, aktrisa və digər aktivistlər heyvanları oradan qaçırmağa cəhd ediblər. Əraziyə müdaxilə edən polis qrupu, aralarında Aleksandra Polun da olduğu 20 nəfəri mülkə qanunsuz daxil olmaq və heyvan oğurluğu ittihamı ilə saxlayıb.

Məlumata görə, qaçırılan itlərin bir qismi tapılaraq fermaya geri qaytarılsa da, bəzi heyvanlar hələ də itkin sayılır. Artıq istintaq fotosu ictimaiyyətə təqdim olunan aktrisa, karyerası boyu ekologiya və heyvan haqları uğrunda sərt mübarizəsi ilə tanınır. Pol əvvəllər də bənzər "mülki itaətsizlik" aksiyalarına görə dəfələrlə saxlanılıb və aktivist fəaliyyətini peşəkar karyerasından üstün tutduğunu bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar