Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə tanışı Samir Məmmədovun ölümünə səbəb olmaqda təqsirləndirilən Elçin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.
Şahid Q. İ Kliniki Tibbi Mərkəzdə həkim işlədiyini bildirib:
"2021-ci ilin 4 dekabr tarixində Samir Məmmədovu kəllə-beyin travması ilə qəbul edərək əməliyyata aldıq. O təxminən bir ay komada qaldı. Fikrini tam aydın şəkildə çatdıra bilmirdi. Qohumları bildirdi ki, onu iş yoldaşları döyüb bu hala salıblar".
Növbəti proses 22 aprel saat 14:30-a təyin edilib.
Xatırladaq ki, hadisə 2021-ci ilin 4 oktyabr tarixində Bakının Binəqədi ərazisində baş verib. Yevlax rayon sakini 1987-ci il təvəllüdlü Elçin Abdullayevi münaqişə zəmnində tanışı Samir Məmmədova ağır bədən xəsarətləri yetirərək, ölümünə səbəb olmuşdur. Faktla bağlı cinayət işi başlanılmış, Elçin Abdullayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə məsuliyyətə cəlb olunub.