Azərbaycan mənşəli iranlı müğənni Ququş Bahar bayramı münasibətilə İran xalqına müraciət edib.
Lent.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“İslam Respublikası təxminən 47 ildir ki, İran kimliyimizi silmək ümidi ilə sevimli Çərşənbə-suri (Novruz ərəfəsində qədim od bayramı – red.) ənənələrimizi ləğv etmək üçün əlindən gələni edib. Lakin hər il bu cəhdləri boşa çıxıb.
Bu il, hətta ən ağrılı qırğınlardan sonra belə, cəsur xalqımız yenə də meydanlara çıxdı. İnsanlar ocaqların üzərindən atılaraq “Zərdi-ye mən əz toh, sorxi-ye toh əz mən” (Mənim solğunluğum sənə, sənin al rəngin mənə - red.) sədaları səsləndiriblər.
Bu, bizim mövcud rejimin kölgəsi altında qeyd etdiyimiz son bayram olacaq. Gələn il hamımız birlikdə azad İranda bayram edəcəyik”, - Ququş bəyan edib.