Qrenlandiyanın paytaxtı dünyanın ən yaxşı sərin yay istirahət məkanı seçilib
18 mart 2026 13:42 (UTC +04:00)

Qrenlandiyanın paytaxtı dünyanın ən yaxşı sərin yay istirahət məkanı seçilib

0

2026-cı ildə sərin yay istirahəti üçün dünyanın ən yaxşı istiqaməti uzaq Qrenlandiyanın paytaxtı Nuuk şəhəri seçilib. Əhalisi 20 mindən az olan bu şəhər son vaxtlar turistlərin diqqətini daha çox cəlb edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın aparılmasına səbəb “sərin iqlimdə istirahət” mövzusunda axtarışların 2024-cü ilin əvvəlindən bəri 3500 faiz artması olub. Portalın komandası yay istisindən qaçmaq istəyən turistlər üçün ən yaxşı istiqamətləri müəyyənləşdirmək məqsədilə dünyada 200-dən çox sərin iqlimli məkanı təhlil edib.

Reytinqin lideri Nuuk şəhəri olub. Son bir ildə bu şəhərlə bağlı axtarış sorğuları 48,39 faiz artıb. Bu uzaq və gözəl ada regionuna marağın artmasının əsas səbəblərindən biri onun daha əlçatan olmasıdır. 2025-ci ildə burada yeni hava limanı açılıb. Maraqlıdır ki, ABŞ prezidenti Donald Trampın vaxtilə Qrenlandiyanı Danimarkadan almaqla bağlı səsləndirdiyi fikirlər belə turistlərin marağını azaltmayıb.

2026-cı ilin yayında sərin istirahət üçün dünyanın ən yaxşı 10 məkanı

Ümumilikdə siyahıya dünyanın müxtəlif yerlərindən 20 sərin iqlimli istiqamət daxil edilib. İlk onluq belə görünür:

Nuuk, Qrenlandiya

Le Kontamin-Monjua, Fransa

Beara yarımadası, İrlandiya

Yotunheymen Milli Parkı, Norveç

Tasiilak, Qrenlandiya

Voss, Norveç

Bohin gölü, Sloveniya

Lex, Avstriya

Dolomit Alpları, İtaliya

Arinsal, Andorra

Qrenlandiyada istirahət planlaşdıran turistlər nələri nəzərə almalıdır

Məlumata görə, Qrenlandiya Avropada hələ də kütləvi turizm probleminin olmadığı azsaylı yerlərdən biridir. Əksinə, yerli sakinlər turistləri görməkdən məmnundurlar. Lakin adanın uzaq yerləşməsi səbəbindən Qrenlandiyaya səyahət kifayət qədər bahalı hesab olunur.

Bir müddət əvvəl səyahət jurnalisti Anna Riçards Qrenlandiyaya “büdcə” səfəri etməyə çalışıb. O, turizm şirkətindən istifadə etmədən səyahəti özü təşkil edərək xərcləri xeyli azalda bilsə də, ümumi məbləğ yenə də yüksək olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar