Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma ilə bağlı statistikanı açıqlayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 13, işçi sayı 3 olub.
Son sutka ərzində koronavirusa yoluxan şagirdlərin 14, işçi heyətinin sayı 4 nəfər təşkil edib.
Bu müddət ərzində 5 sinif yenidən əyani təhsilə qaytarılıb. Distant təhsilə keçirilən siniflərin sayı 2, məktəblərin sayı isə 4 olub.
Qeyd edək ki, bu günə kimi koronavirusa yoluxma vəziyyətinə görə, distant təhsilə keçirilən siniflərin sayı 52, distant təhsilə keçirilən məktəblərin sayı 24 olub.