Çernobıl əlillərinin sosial müdafiəsi istiqamətində mühüm işlər aparılır
25 aprel 2020 17:03 (UTC +04:00)

Çernobıl əlillərinin sosial müdafiəsi istiqamətində mühüm işlər aparılır


Azərbaycanda digər əlilliyi olan şəxslər kimi, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşların da sosial müdafiəsi istiqamətində mühüm işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, həmin vətəndaşların sosial müdafiəsi işlərinin əsasları formalaşıb. 

Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə həmin şəxslər  “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar  və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlar kimi iki qrup üzrə müəyyən ediliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1625
avatar

Oxşar yazılar